189
11:17
10 Oktyabr 2019

Yeniyetmələri məcburi əməyə cəlb edənin işi MƏHKƏMƏDƏ

Bakıda yetkinlik yaşına çatmayan şəxsləri məcburi əməyə cəlb edən şəxsə cinayət işi açılıb.
APA-nın məlumatına görə, Bakı şəhər sakini Rəfayıl İmamverdiyev yetkinlik yaşına çatmayan iki nəfəri məcburi əməyə cəlb etməkdə təqsirli bilinərək saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 144-2.2.3-cü (yetkinlik yaşına çatmayan şəxs və şəxsləri məcburi əməyə cəlb etmə) maddəsi ilə cinayət işi açılıb.
R. İmamverdiyev barəsində başlanan cinayət işinin ibtidai istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.