837
12:50
10 Oktyabr 2019

Bakı-Quba yolunda DƏHŞƏTLİ qəza - Bir ailədən 3 ölü - YENİLƏNİB

Bakı-Quba yolunda baş verən yol qəzasında ölən şəxslər bir ailənin üzvləridir.
APA -nın yerli bürosunun məlumata görə, qəza nəticəsində minik avtomobilində olanlar - 53 yaşlı Allahverdiyeva Lalə Məmməd qızı, onun oğlu, 31 yaşlı Allahverdiyev Taleh Hümbət oğlu və gəlini, Nazilə Allahverdiyeva aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər.
***
11:44
Bakı-Quba yolunda ağır yol qəzası baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub. Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.
***
11:38
Bakı-Quba yolunda ağır yol qəzası baş verib.
APA -nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.