1753
11:28
11 Oktyabr 2019

Azərbaycanda ata bağlanaraq sürüldüyü deyilən qadından YENİ XƏBƏR - Baş həkim danışdı

Sahilə Ələkbərovanın vəziyyəti yüngül olaraq qiymətləndirilir.
Bu barədə Lent.az -a Goranboy rayon mərkəzi xəstəxanasının baş həkimi Rüstəm Budaqov məlumat verib. Baş həkim zərərçəkmiş, Xanqərvənd kənd sakini Sahilə Ələkbərovanın səhhətində hər hansı təhlükə olmadığını və qısa müddətdə evə buraxılacağını bildirib.
10.10.2019
saat: 13:28
Goranboyda qadının ata bağlanıb süründürülməsi xəbəri həqiqətlərə uyğun deyil.
Bu barədə Lent.az -a DİN Gəncə Regional Qrupunun baş inspektoru polis baş leytenantı Eşqin Qasımov məlumat verib: "Bəzi Kütləvi İnformasiya Vasitələrində Goranboy rayonu Xanqərvənd kənd sakini Sahilə Ələkbərovanın aralarındakı mübahisədən sonra qonşusu tərəfindən ata bağlanaraq süründürülməsi barədə məlumatlar paylaşılıb. Bildiririk ki, həmin məlumatlar həqiqəti əks etdirmir. Sahilə Ələkbərova və kənd sakinləri ifadə verərkən bu faktı təsdiqləməyib. Qarşı tərəf də polis şöbəsinə dəvət olunub və izahatlar alınır. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir".
saat: 12:05
Goranboy rayonunun Xanqərvənd kəndində 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər.
Bununla bağlı Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Xanqərvənd kənd sakini 35 yaşlı qadın, sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur. Faktla əlaqədar hüquq-mühafizə orqanları məlumatlandırılıb.
Qeyd edək ki, bu barədə xəbəri ilk dəfə "report" saytı verib.Məlumata görə, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər.