228
13:09
10 Oktyabr 2019

Qarışıqlıq yaratmaq istəsələr də, buna nail ola bilmədilər - Mübariz Qurbanlı

"Bu piket adı altında törədilən təxribat idi".
APA -nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədrinin sözlərinə görə, bu hadisə radikal qrupların niyyətinin doğru olmadığını göstərib: "Piketdə icazə alıb orada təxribat törədirsənsə, deməli qanunlara əməl etmirsən. Piketi keçirib şüarlarını səsləndirmək yerinə çağırış edib, qarışıqlıq yaratmaq istəsələr də, istədiklərinə nail ola bilmədilər".