134
13:48
10 Oktyabr 2019

Bakıda evin zirzəmisindən narkotik tapıldı

Bakıda yaşayış evinin zirzəmisindən narkotik tərkibli maddə tapılıb.
Lent.az -a Daxili İşlər Nazirliyindən bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Allahverdiyevin Nərimanov rayonu ərazisindəki evinin zirzəmisindən 105 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əyricə kənd sakini, əvvəllər məhkum olunmuş V.Salmanovdan 2 kiloqramdan artıq tiryək götürülüb.