231
17:03
10 Oktyabr 2019

Evlərdən oğurluq edən keçmiş məhkumlar tutuldu

Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-dən avqustun 25-dək olan müddətdə rayon ərazisindəki 2 evdən pul, sənəd və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş N.İsmayılov saxlanılıb.
Lent.az -a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da rayon ərazisindəki evlərdən birinin həyətindən 1000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Ramana qəsəbə sakinləri olan 1 yeniyetmə və əvvəllər məhkum olunmuş O.Rzayev saxlanılıb.