441
18:10
10 Oktyabr 2019

Suriyadan Türkiyəyə raket atıldı: ölənlər var

Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlamasından sonra PKK/PYD-YPG terrorçuları tərəfindən Türkiyə ərazisinə top və raket zərbələri endirilib.
APA -nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, top və raket zərbələrinin endirilməsi nəticəsində Şanlıurfanın Akçakale, Birecik ve Ceylanpınar rayonları ilə yanaşı Mardinin Nusaybin rayonunda 2 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
Xəsarət alanlar arasında uşaqlar da var.