457
21:16
10 Oktyabr 2019

Türkiyəyə atılan raket nəticəsində 6 nəfər öldü, 70 nəfər yaralandı

Türkiyə ordusunun Suriyanın şimalında apardığı “Barış bulağı” hərbi əməliyyatlarından sonra bu gün PKK/PYD-YPG və İŞİD terrorçuları tərəfindən Türkiyə ərazisinə top və raket mərmilərindən zərbələr endirilib.
APA -nın “Hurriyyet” qəzetinə istinadla verdiyi xəbərə görə, top və raket zərbələri nəticəsində Şanlıurfanın Akçakale, Birecik ve Ceylanpınar rayonları ilə yanaşı, Mardinin Nusaybin rayonunda 6 nəfər ölüb, 70-dən çox insan yaralanıb.
Ölən və xəsarət alanlar arasında uşaqlar da var.