337
11:25
11 Oktyabr 2019

NATO baş katibi Türkiyədə: Ərdoğanla görüşəcək

NATO baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edib.
APA -nın CNN Türk-ə istinadən verdiyi xəbərə görə, səfər zamanı NATO baş katibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Y. Stoltenberqin Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı keçirməsi də nəzərdə tutulub.