827
10:53
13 Oktyabr 2019

Samir: "Vaxtilə məni tanımayan müğənni indi..." - VİDEO

Müğənni Nigar Camal qalmaqal yaşadığı həmkarı Samir Piriyevlə bağlı paylaşım edib.
O, dostları ilə həmkarının yeni mahnısı "Səma, dəniz, bir də mən"ə rəqs edərkən çəkilən görüntülərini izləyicilərlə bölüşüb.
Lənkərana klip çəkilişinə yollanan ifaçı "Klip öncəsi enerji alırıq. "Nəfəsim, qəlbim" gəlir" deyə, yazıb.
Samir isə həmin görüntüləri İnstaqramında yayımlayaraq "Vaxtilə məni tanımayan müğənni indi mahnıma rəqs edir. Dünya, sən necə də ədalətlisən" sözlərini yazıb.
Qeyd edək ki, qalmaqalın yaşanmasına Nigarın "ATV maqazin onlarla" proqramında fotosu göstərilən Samiri tanımaması səbəb olub.
(Axşam.az)