1206
13:02
13 Oktyabr 2019

Acun İlıcalı ölümdən döndü - İlk açıqlama

Türkiyənin tanınmış aparıcısı Acun İlıcalı ölümdən döndü. Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, Acunun maşını hərəkətdə olduğu zaman arxa təkərləri parçalanıb və o, avtomobilin idarə etməsini itirib. İlıcalı manelərə çırpılıb. Maşın ciddi xəsarət alsa da aparıcı heç bir xəsarət almayıb.
Onun bahalı avtomobili artıq istifadəyə yararsızdır.
Acun bu qəzadan sonra sağlıq durumunun yaxşı olduğunu bildirib: "Məni axtaran və narahat olan bütün insanlara təşəkkürlər!"