421
15:19
14 Oktyabr 2019

Yolu keçən üç qadını maşın vurdu

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA -nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Xətai prospektində qeydə alınıb. “Mercedes” markalı maşın yolu keçmək istəyən piyadalar – 1995-ci il təvəllüdlü Poladova Leyla Faiq qızı, 1995-ci il təvəllüdlü Rzayeva Zeynəb Canpolad qızı və 1978-ci il təvəllüdlü Əlirzayeva İlhamə Məzahir qızını vurub. Hər üç piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.