277
19:22
14 Oktyabr 2019

YENİ texnologiya: smartfon bu vasitə ilə əşyanı müəyyən edəcək

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda (KAIST) hazırlanmış "Knocker" texnologiyası obyektlərə toxunuş zamanı yaranan spesifik vibrasiyaların təhlili üsulu ilə əşyaları müəyyənləşdirməyə imkan verir.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, əşyalara toxunuş üçün smartfondan, məlumatın təhlili üçün isə jiroskop, akselerometr və mikrofondan istifadə olunur.
“Knocker” texnologiyasının işi kompüter təliminə əsaslanır, texnologiya vibrasiyaların ən kiçik nüanslarını təhlil edərək tipik nümunələri ayırmağa imkan verir. Nəzəri cəhətdən “Knocker” texnologiyası istənilən obyekti müəyyənləşdirə bilər, amma hələ ki onun "yaddaş"ında yalnız 23 əşya mövcuddur.
Sakit şəraitdə “Knocker” texnologiyasının tanıma dəqiqliyi 98%, səs-küylü şəraitdə isə bu göstərici 83% təşkil edir. Ancaq əsas ideya obyekti müəyyənləşdirmək deyil, yeni bir əlaqə formasıdır: qarşısında olan obyekti müəyyənləşdirən smartfon avtomatik olaraq lazımi xidməti işə sala bilir.