435
17:03
14 Oktyabr 2019

Xəzərdə suyun duzluluğunun aşağı olmasının səbəbi AÇIQLANDI

Xəzər dənizinin suyunun orta duzluluğu 12,85 faiz (promil) təşkil edir.

Bu barədə Lent.az -a Ekologiya Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, okean suyunun orta duzluğu isə 35 faizdir.

Xəzər dənizinin suyunda duzluluğun aşağı olması dənizin qapalı olması və çay axınlarının böyük olması ilə əlaqədardır. Xəzər suyunda okean sularına nisbətən karbonat və sulfatların miqdarı çox, xloridlərin miqdarı isə azdır.

Açıq dəniz akvatoriyasında 1998-2018-ci illər ərzində suyun orta çoxillik duzluluğu 11,82 faiz təşkil edir.

Qeyd olunan illər ərzində maksimal duzluluq 13,90, minimal duzluluq isə 7,29 faiz müşahidə edilib.