245
01:53
15 Oktyabr 2019

Bakıda xanım sürücünün qolu sındı

Xəzər rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Qala qəsəbəsində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Qədirova Ülviyyə Fəxrəddin qızı idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı dirəyə çırpılıb.
Hadisə zamanı Ü.Qədirova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona sol qolun sınığı diaqnozu qoyulub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.