154
04:06
15 Oktyabr 2019

Avtomobili maneəyə çırpan sürücü xəstəxanalıq oldu

Bu gün axşam saatlarında Xaldan şossesində yol qəzası baş verib.
APA -nın Mingəçevir bürosunun məlumatına görə, idarəetmədən çıxan avtomobil maneəyə çırpılıb.
Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb. Adı hələlik müəyən edilməyən sürücü
xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, hadisəyə səbəb avtomobilin qarşısına sahibsiz itin çıxması olub.
İlkin müayinə zamanı səhətində hər hansı ciddi problemin olmadığından sürücü evə buraxılıb.