321
06:44
15 Oktyabr 2019

FHN əməkdaşları intiharın qarşısını aldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-dən APA -ya verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.