493
10:35
15 Oktyabr 2019

Rəhim Rəhimlidən Zamiqə cavab gəldi - QALMAQALLI MÖVZU

Müğənni Zamiq Hüseynovun söylədiyi “Şou-biznesə saqqallı mən gətirmişəm” sözləri cavabsız qalmayıb.

Lent.az -ın məlumatına görə, ifaçının fikirlərinə bəstəkar-müğənni Rəhim Rəhimli etirazını bildirib: “Saqqal elə də yenilik deyil. Bunu ilk dəfə şou-biznesə kimin gətirdiyi isə maraqsızdır. Mənim üçün ilk böyük səhnə çıxışı yenilikdir. Avropada klip çəkmək, böyük işlər görmək yenilik sayılır. Ay saqqal gətirdim, sırğa taxdım, bu yenilik sayılmır. Düşünürəm ki, bu dərin mövzu deyil”.

Qeyd edək ki, Z.Hüseynovdan savayı müğənni Kərim Abbasov da “Şou-biznesə saqqalı mən gətirdim” fikrini səsləndirib. Bu açıqlama da müzakirələrə səbəb olmuşdu.