250
11:15
15 Oktyabr 2019

Həmyerlimiz “Kralın əyləncəsi”ndə baş rol aldı - Sankt-Peterburq

Dekabrın 11-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Jan-Filip Ramonun “Kralın əyləncəsi” baleti nümayiş olunacaq.

Lent.az teatrın saytından xəbər verir ki, səhnə əsərində Kral obrazını Azərbaycan Respublikasının Əməkdar artisti Timur Əsgərov oynayacaq.

Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib. Azərbaycan Dövlət və Ukrayna Milli Akademik opera və balet teatrlarında çalışıb. 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.