330
12:02
15 Oktyabr 2019

TRANSFER: “Barselona” diqqəti bu oyunçuya yönəltdi

İngiltərə millisinin və “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford karyerasını İspaniyada davam etdirə bilər.
APA -nın məlumatına görə, “Barselona” hücumçunu heyətinə qatmaq niyyətindədir.
Kataloniyalıların bu istəyinə 21 yaşlı hücumçunun məhsuldarlığı səbəb olub. 180 oyunda 48 qol vuran M.Reşford bu toplardan 8-ni İngiltərə yığmasında vurub.