124
12:18
15 Oktyabr 2019

Paytaxtda evdən oğurluq edən iki nəfər yaxalandı

Bakıda ev qarət edilib.
Lent.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da rayon ərazisindəki evlərin birindən 3200 manat və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Q.İsayev və N.Bağıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.