217
12:19
15 Oktyabr 2019

Məzunların qəbul imtahanlarındakı göstəriciləri açıqlandı

"Qəbul imtahanlarında iştirak edən 17 505 abituriyentin 13 012 nəfəri, yəni 74 faizi respublikanın müxtəlif ali və orta ixtisas müəssisələrinə qəbul olub. 500 və 500-dən yuxarı bal toplayan abituriyentlərin sayı qəbul olunanların 22 faizini təşkil edir".
APA -nın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ali məktəbə qəbul imtahanlarında İdarənin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə orta göstəricisi 363,3 baldır: "600-700 bal aralığında nəticə göstərən məzunların sayı 0-100 bal arası nəticəsi olanlardan çoxdur. 2019-2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərərək ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilib. Onlardan 26-sı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunlarıdır".