854
12:21
15 Oktyabr 2019

Sosial şəbəkələrin qəhrəmanına çevrilən Pərvanədən VİDEO MÜRACİƏT

Bir neçə gündür sosial şəbəkələrin qəhrəmanına çevrilmiş Pərvanə Əhmədova video müraciət yayıb. Lent.az -ın məlumatına görə, onun yaydığı video müraciət nə qədər məyus edici olsa da, acı bir reallıqdır.
Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə Pərvanə Əhmədovanın oğurlanması barədə xəbərlər yayılmışdı. Daha sonra mətbuata açıqlama verən Pərvanə Əhmədova bildirib ki, heç bir təhdid yoxdur, salamatlıqdır.
Belə ki, redaksiyamıza daxil olan video müraciətdə Demokratik Qüvvələrin Milli Şurasının 2019-cu il o9ktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin önündə təşkil etdiyi etiraz aksiyası zamanı hakimiyyətyönümlü Maqsud Mahmudovla polemikaya girən Pərvanə Əhmədova müxalifət düşərgəsini tənqid edərək, onunla bağlı şayiələr yaymaqda ittiham edib.
Pərvanə Əhmədova heç bir təzyiqə məruz qalmadığını, hazırda siyasi proseslərdən kənara çəkildiyini və qohumlarının evində istirahət etdiyini bildirərək, özünə məxsus formada müxalifət düşərgəsinə müraciət edib. O müraciətində: “Alooo, eşidirsiniz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” deyərək fikrini tamamlayıb...