194
12:44
15 Oktyabr 2019

Bu futbolçu yenidən “Tottenhem”də: müqavilə imzalandı

İngiltərənin “Tottenhem” klubu hollandiyalı futbolçu Mişel Vormla müqavilə imzalayıb.
APA -nın məlumatına görə, 35 yaşlı qapıçı yenidən London klubunda çıxış edəcək.
Mövsümün sonunadək anlaşmaya imza atan M.Vorm “Tottenhem”i ötən yay tərk edib. Müqaviləsi başa çatandan sonra klubsuz qalan hollandiyalı özünə komanda tapa bilməyib.
“Tottenhem”in əsas qapıçısı Uqo Loris zədələndiyi üçün qolkiper axtarışına çıxan londonlular M.Vormu azad agent kimi heyətinə qatıb.
Qeyd edək ki, U.Loris zədə səbəbindən 2019-cu ilin sonlunu buraxmalı olacaq.