158
12:53
15 Oktyabr 2019

Nursultan Nazarbayevin böyük xidmətləri var - Azərbaycan Prezidenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən dövr ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlu sədrliyinə görə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekova minnətdarlıq edib.
APA -nın məlumatına görə, bu barədə dövlət başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu gün Bakıda keçirilən VII Zirvə Görüşündə bildirib.
Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin Türk Şurasının fəxri sədri statusunda Zirvə Görüşünlə iştirak etdiyini də diqqətə çatdırıb: “Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və Türk Şurasına üzv ölkələrin prezidentlərinin birgə qərarı ilə Nursultan Nazarbayevə Türk Şurasının fəxri sədri adı verilib. Nursultan Nazarbayevin Türk Dünyasında əlaqələrin inkişafı, Türk Şurasının yaradılmasında böyük xidmətləri var”.