8681
13:06
15 Oktyabr 2019

Bu rayona yeni Yol Polisi rəisi təyin edildi

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.
APA -nın qərb bürosunun məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Eldəniz Həsənov Göygöl Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
E.Həsənov buna qədər Qazaxda eyni vəzifədə çalışıb.