648
15:14
15 Oktyabr 2019

Azərbaycandakı qadın narkomanlar - SAY AÇIQLANDI

"Azərbaycan Narkoloji Dispanserdə 300 narkotik istifadəçisi olan qadın rəsmi qeydiyyatdadır".
APA xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçəri jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, dispanserdə 50 nəfərə yaxın yeniyetmə qeydiyyatdadır:
"Ümumi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 32 min nəfərdir. Qeyri-rəsmi rəqəmlər isə dəfələrlə çoxdur. Narkotik istifadəçilərinin 50 faizi heroin, sintetik heroin (kakos), tiryəkdən istifadə edir. Son illərdə isə opioid istifadəçilərinin ümumi faizi azalıb. Anfetamin və metamfetamin istifadəçilərinin sayı çoxalmağa başlayıb. Narkotik istifadəçiləri ölkələrdən çox dərman atmağa üstünlük verirlər".
O, bəzi məktəblərdə uşaqların psixotrop maddələrdən istifadə etdiklərini də deyib:
"Qara bazarda satılan metamfetamin dərman deyil, psixotrop maddədir. Bu dərmandan onkoloji, şəkər-diabet, epilepsiya və başqa ağır xəstəliklərdə istifadə edilir. Psixotrop dərmanlar apteklərdə 3 möhürlü reseptlə xüsusi xəstələrə satılır. Amma müxtəlif səbəblərdən o dərmanlar qara bazara çıxıb.
Məktəblilər də o tipli psixotrop dərmanlardan istifadə edir".
Mərkəz direktoru vurğulayıb ki, narkotik vasitələrdən ölüm halları ilə bağlı statistika hələ açıqlanmayıb. Lakin ölüm faktları qeydə alınır.
A.Manuçəri qeyd edib ki, son aylarda məktəblərdə energetik içkilərdən çox istifadə edirlər:
"Həftədə 1-2 dəfə istifadə ziyan törətmir. Energetik içkilərin fəsadları gələcəkdə bəlli olacaq. Amma bu içkilərin dolayı ziyanı daha təhlükəlidir. Orqanizm öyrəşir və gələcəkdə uşaqların aktivləşdirici maddələrə meyilləri artır. Bu içkiləri qəbul edən uşaqlar elə bilirlər ki, onlar daha aktivdirlər və beyinləri daha yaxşı çalışır. Amma bilməlidirlər ki, gündəlik 3-4 bankadan artıq qəbul edilirsə, bu, narkotik effekti verir".