507
19:08
15 Oktyabr 2019

Everestin hündürlüyü yenidən ölçüləcək - SƏBƏB

Dünyanın ən hündür zirvəsi hesab edilən Everestin yenidən ölçülməsi gündəmə gəlib.
Lent.az NDTV telekanalına istinadla xəbər verir ki, buna səbəb son illərdə regionda olan güclü zəlzələlərin olması göstərilir. Mütəxəssislərin fikrincə, arzuolunmaz təbiət hadisələri nəticəsində zirvənin hündürlüyündə azalma ola bilər. Alimlər bu fərqin ən azı üç santimetr aralığında olmasını ehtimal edir.
Artıq bununla bağlı Çin Prezident Si Tszinpinlə Nepal Prezidenti Bidhi Devi Bhandari arasındakı görüş zamanı razılıq əldə edilib.
Bildirilib ki, Himalaya qalxacaq ekspedisiyanın tərkibində hər iki ölkənin geoloqları təmsil olunacaq.
Qeyd edək ki, hazırda Everestin rəsmi hündürlüyü 8848 metrdir.
2015-ci ildə Nepalda baş verən 7.8 bal gücündə zəlzələ (səkkiz min insan həlak olmuşdu – red.) bu ölçünün dəyişəcəyinə zəmin yaradıb.