31679
09:28
16 Oktyabr 2019

Əməkdar artistin başında şiş tapılıb: "Övladımı bacıma əmanət elədim" - VİDEO

Əməkdar artist Sevinc Sarıyeva yaşadığı ağır xəstəliklərdən danışıb. Lent.az -ın məlumatına görə, ifaçı “Şou ATV” verilişində bildirib ki, illərlə ölümlə üz-üzə qalıb:

“Həyatın ağ və qara günləri var. Yenidən həmin günləri yaşamaq istəmirəm. Ölümdən yox, övladımın tək qalacağından qorxdum. Başımdan, ayağımdan ağır əməliyyatlar keçirmişəm. Başımdan keçirdiyim əməliyyat mənə həqiqətən də böyük zərbə vurdu. Diaqnoza görə, başımda şiş var idi. Bunu hər kəsdən gizlətdim. Əsəb və yaddaş pozğunluğum əmələ gəlmişdi. Hətta bir dəfə konsertdə mahnının sözləri yadımdan çıxdı. Səsim də tutulmuşdu. İnsanları tanımırdım, adi bir səsləri də tanımırdım. Beynimin qapağı götürüləcəkdi, daha sonra dedilər ki, burun hissədən əməliyyat olacaq. Beynimdə damar əməliyyatı keçirdim. Həmin vaxt övladımı bacıma əmanət elədim. Allah məni balama bağışladı. Torpağını itirmək, atanı əsir vermək, insana əsəb gətirir”.