336
16:51
16 Oktyabr 2019

Azərbaycanda azyaşlı uşaq yandı

Tovuzda azyaşlı yanıq xəsarətləri alıb.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Kənd sakini, 2 yaşlı Abduləli Həsən oğlu Bədəlov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, azyaşlının üzərinə ehtiyatsızlıqdan qaynar su tökülüb. Nəticədə uşağın kürək nahiyəsi yanıb.