336
17:06
16 Oktyabr 2019

"Sanksiyalar bizim əzmimizə təsir göstərə bilməz” - Çavuşoğlu

“Belə bir vaxtda haradan gəlirsə gəlsin, hər hansı bir sanksiya və təhdid qəbuledilməzdir. Sanksiyalar bizim əzmimizə təsir göstərə bilməz”.
APA -nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışında deyib.
Nazir bildirib ki, sanksiyalara layiqli cavab veriləcək və lazımi addımlar atılacaq.