501
05:14
17 Oktyabr 2019

Yol qəzasında ziyarətə gedən 36 zəvvar öldü

Çərşənbə günü Səudiyyə Ərəbistanında - Məkkə ilə Mədinə arasındakı magistral yolda Asiya və Orta Şərq ölkələrindən gələn mühacirləri həcc ziyarətinə aparan avtobus yük maşını ilə toqquşub.
APA "Ər-Riyad" nəşrinə istinadla xəbər verir ki, zərbənin gücündən avtobus alışaraq yanıb və zəvvarlardan 36 nəfəri hadisə yerində dünyasını dəyişib.
Ölkənin Səhiyyə Nazirliyi ölənlərin sayının 36 olduğunu bildirib. Polis isə yol qəzasında 35 nəfərin öldüyünü təsdiqləyib.
Avtobusda olan 40 nəfərdən 4-nün yaralandığı bildirilir. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.