671
09:09
17 Oktyabr 2019

Müğənnimiz çətin günlərindən danışdı: "Yeməyə heç nə tapmırdıq" - VİDEO

Müğənni Rahidə Baxışova keçirdiyi çətin günlərindən danışıb. Lent.az -ın məlumatına görə, ifaçı “Elgizlə izlə” verilişində bildirib ki, uşaq vaxtlarında kasıbçılıqla böyüyüb:

“Mənim anam xəstəxanadaydı. Havalar da xeyli soyuqdu. Qardaşlarım məndən balaca idi, onlara mən baxırdım. Təxminən 10 yaşım olardı. Gördüm ki, evdə yeməyə heçnə yoxdu. Ancaq un var. Mən də xəşil bişirdim. Xəşil dadsız olduğundan uşaqlar onu yemədi. Dedim ki, yeməsəniz ac qalacaqsınız. Əslində qardaşlarıma, bacıma ana olmuşam. Əziyyətin, çətinliyin nə olduğunu gözəl bilirəm. Kənardan hər şey fərqli görsənir. Amma tam yaxından izləyəndə, görürsən ki, fərqlidir”.