718
19:45
17 Oktyabr 2019

Aborta görə həbs olunan jurnalist AZADLIQDA

Mərakeş kralı VI Məhəmməd nikahsız seks və aborta görə bir il həbs cəzası verilən jurnalist Hacar Rayssuninin əfv edib.
Lent.az Lenta.ru-ya istinadla verdiyi məlumata görə, ölkənin Ədliyyə Nazirliyi bəyan edib ki, kralın bu işə müdaxiləsi “mərhəmət və şəfqət aktı”dır.
Yerli fəallar hesab edir ki, onun həbsi müstəqil jurnalistləri təqibin bir hissəsidir. Rayssuni gündəlik müxalifət qəzeti “Əhbar əl-Yaum”da işləyir. Xəbərə görə, məhkəmə onun sudanlı ərini bir il, onun həkimini isə iki il azadlıqdan məhrum edib.
Klinikanın həkiminin köməkçisi və tibb bacısı da təqsirkar biliniblər və onlara şərti cəza verilib.