663
13:35
20 Oktyabr 2019

Bu qış hansı çəkmələrə üstünlük veriləcək? - FOTO

Çəkmələr qış mövsümünün vacib elementlərindən biridir.
Lent.az Türkiyə mətbuatına istinadən bu qışın trendi olacaq çəkmə modellərini təqdim edir:
Rəngli dəridən olan çəkmələr:
Bu çəkmələr qışın tendensiyalarından biridir. Dünyanın bir çox məşhur ulduzu rəngli dəri çəkmələri cins şalvarlarla kombinə edirlər.
Kovboy çəkmələr:
Gec-gec dəbdə olan kovboy çəkmələr bu ilin trendi olacaq.
Əsgər çəkmələri:
Artıq bir neçə ildir dəbdə olan əsgər çəkmələri də 2020-ci ildə gündəmdə olacaq. Bu çəkmələri cins şalvarlarla, yubkalar ilə və düzgün kombinə edilərsə, donlarla da geyinə bilərsiniz.
Ağ çəkmələr:
2019 ilin trendi olan ağ çəkmələr bu ildə dəbdə olacaq.