318
17:38
17 Oktyabr 2019

Füzulidə raket hissəsi tapıldı

Oktyabrın 17-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Füzuli rayonu, Fin qəsəbəsi ərazisində partlayıcının tapılması barədə məlumat daxil olub.
Lent.az -a ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə baxış keçirib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan 9M22U raketinin arxa plastik hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin hissəsinin ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.