694
18:14
17 Oktyabr 2019

Azərbaycan əhalisinin sayı açıqlandı

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 53894 nəfər və ya 0,5 faiz artaraq 2019-cu il sentyabr ayının 1-i vəziyyətinə 10035351 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Lent.az -a verilən məlumata görə, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd yerlərində məskunlaşan, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır.
Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər təşkil edir.