614
19:03
17 Oktyabr 2019

“Barselona” - “Real” oyunu təxirə salındı - SƏBƏB

Barselona küçələrində baş verən hadisələr səbəbindən oktyabrın 26-da oynanacaq “Barselona”- “Real” Madrid matçının dekabrın 18-nə keçirilməsinə qərar verilib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, dünya futbolunun ən önəmli qarşılaşması kimi qəbul edilən və "El Klassiko” olaraq adlandırılan “Barselona”-“Real” qarşılaşması, bu il planlaşdırılan vaxtında oynanmayacaq.
Bu mövsüm çempionatın 10-cu həftəsində Kataloniya təmsilçisinin meydanında oynanacaq matçın tarixinin dəyişdirilməsinə səbəb Barselonadakı iğtişaşlar olub.