375
10:00
18 Oktyabr 2019

Azərbaycanda kişi sükan arxasında öldü - SƏBƏB

Şirvan şəhər sakini avtomobili ilə hərəkətdə olarkən dünyasını dəyişib.
Lent.az -ın məlumatına görə, 1971-ci il təvəllüdlü Feyzullayev İntiqam Əlidadaş oğlu evdən çıxıb avtomobili ilə Heyrənxanım küçəsində hərəkətdə olan zaman ürək tutma nəticəsində vəziyyəti pisləşib və yoldan çıxaraq evindən 40-50 metr məsafədə sağ tərəfdə olan divara toxunub.
Baş verən hadisə ilə bağlı təcili tibbi yardım briqadası gələrək İntiqam Feyzullayevi müayinə edib və öldüyü məlum olub.
Polis hadisə yerinə gedib, hal şahidlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Qeyd edək ki, hadisə ilə əlaqədar Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.