239
10:13
18 Oktyabr 2019

Bakıda kişi meyiti tapıldı

Bakıda 40-45 yaşlı naməlum kişi meyiti tapılıb.
Lent.az -ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsi ev 13 ünvanında yerləşən beşmərtəbəli binanın qarşısındakı yaşıllıq sahədə qeydə alınıb.
Hüquq-mühafizə orqanları əraziyə baxış keçirib, meyitin əynində olan pencəyin cibindən bir ədəd şpiris və siqaret kötüyü aşkar edilərək götürülüb. Eyni zamanda, meyitin baş nahiyəsində xırda qançır, kürək nahiyəsində isə sıyrıq izləri aşkar edilib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.