22056
13:46
18 Oktyabr 2019

"İstəyirəm ki, kirvəsi sən olasan" - Xalq artisti Röya barədə danışdı - VİDEO

Əməkdar artist Röya Ayxan oğlu Hüseynlə birgə “Maşın şou"da qonaq olub.

Lent.az -ın məlumatına görə, verilişdə Xalq artisti Murad Dadaşov Röya ilə bağlı təəəsüratlarını bölüşüb:

“10 il bundan əvvəl mənə telefon zəngi gəldi. Röya idi! Dedi ki, Murad, səhər saatlarında səni narahat edirəm. Mən də cavab verdim ki, səsini eşitməyə şadam, buyur. Söylədi ki, oğlum olub, istəyirəm ki, kirvəsi sən olasan. Məsuliyyətim artdı. Hər gün görüşən kirvə deyiləm. Amma qarşımda istedadlı bir cavan oğlanı görürəm. İnstaqramda maraqlı şeylər paylaşır. Bir az xarici görünüşcə mənə oxşayır”.