9792
16:43
18 Oktyabr 2019

Zavodlar bağlanır: Azərbaycanda siqaret qıtlığı yarana bilər

Ukraynada fəaliyyət göstərən “British American Tobacco” zavodu fəaliyyətini dayandırıb.
Lent.az -ın Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, artıq zavodun 25 milyon aksiz markası geri qaytarılıb.
Bildirilir ki, sözügedən zavod “Kent” , “Rothmans”, “Pall Mall”, “Vogue”, “Dunhill”, “Lucky Strike”, “Capri” və digər markalı siqaretlərin istehsalçısıdır. Post-sovet məkanında Azərbaycan da bu siqaretlərin ən böyük istehlakçılarından biridir. Zavodun bağlanması isə Azərbaycanda da siqaret qıtlığına gətirib çıxara bilər.
Ukrayna Tütün Asossasiyasından verilən məlumata görə, 2020-ci ilin yanvarından bu ölkədə fəaliyyət göstərən “Philip Morris”, “British American Tobacco”, “Japan Tobacco”
“International” və” İmperial Tobacco” da öz fabriklərinin fəaliyyətini dayandıracaq. Azərbaycan elə bu zavodların məhsullarının da böyük istehlakçısıdır.