292
19:44
21 Oktyabr 2019

Bakıda velosipedçini vurub qaçan sürücü saxlanıldı

Oktyabrın 2-də saat 9 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolun kənarı ilə velosiped sürən Bakı şəhər sakini C.Həsənov vurulub.
Lent.az -a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, nəticədə velosipedçiyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Cəfərov saxlanılıb.
***
Qusar rayon Polis Şöbəsinə müraciət edən kənd sakini A.Səmədov oktyabrın 19-da Quxuroba kəndinin ərazisində “QAZel” markalı avtomobilinin qaçırılmasını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Cağar kənd sakini olan bir yeniyetmə saxlanılıb.