1302
17:03
21 Oktyabr 2019

Röya, Mir Yusif və Tünzalə Ağayevaya "Xalq artisti" adı verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
APA -nın xəbərinə görə, Sərəncamla Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Xalq artisti” fəxri adı verilib:
Ağayeva Tünzalə Qabil qızı
Mirbabayev Mir Yusif Mir Heydər oğlu
Nəcəfova Röyalə Yaqub qızı.