486
18:21
21 Oktyabr 2019

Türk simitini belə hazırlamısınız? - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla türk simitinin necə hazırlanması ilə tanış edəcəyik.
Tərkibi:
4,5 stəkan un (200 qramlıq stəkanla), 50 millilitr duru yağ, 300 millilitr ilıq su, 10 qram yaş maya, 2 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı duz.
Hazırlanma qaydası:
Öncə qaba yaş maya və su əlavə edib həll edirik. Sonra duru yağ, şəkər tozunu və duzu əlavə edib bir az qarışdırırıq. Daha sonra unu əlavə edib xəmiri yoğururuq. Xəmiri yoğurduqdan sonra kənarda saxlayırıq. Xəmir gəldikdən sonra hissələrə bölüb uzunsov şəkildə düzəldib üzərinə bir az duru yağ çəkirik. Xəmiri simitin formasında düzəldirik və üzərinə doşabdan məhlul hazırlayırıq. Bunun üçün doşabı suda həll edib, smitləri öncə həmin məhlula salırıq. Sonra küncütün içində hər üzünü küncütləyib yığırıq sobanın listinə. 5-10 dəqiqə saxlayıb sobaya yerləşdiririk. Smitlər 190 dərəcədə 10-15 dəqiqə bişir.
Nuş olsun!