292
21:58
22 Oktyabr 2019

Bakıda yolu keçən qadını avtomobil vurub

Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
Qəza Ramana qəsəbəsində qeydə alınıb.
Yeni Ramana qəsəbəsində keçidin yaxınlığında minik avtomobili yolu keçmək istəyən piyada, 1971-ci il təvəllüdlü İsrafilova Mahirə İslam qızını vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.