252
00:04
23 Oktyabr 2019

Mingəçevir sakini Bakıda bıçaqlanıb

Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA -nın məlumatına görə, Bayıl qəsəbəsində 31 yaşlı Mingəçevir şəhər sakini Rüstəmov Yaməddin Asif oğlu naməlum şəxslər tərəfindən bıçaqlanaraq xəsarət alıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.