293
00:58
23 Oktyabr 2019

Piyada hadisə yerində keçindi

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan nəqliyyat vasitəsi yolu keçmək istəyən piyadanı vurub. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan, şəxsiyyəti hələlik müəyyənləşməyən kişi dünyasını dəyişib. Onun meyiti müvafiq tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.