193
06:18
23 Oktyabr 2019

Bakı sakinini bıçaqlayan şəxs tutuldu

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA -nın xəbərinə görə, Qara Qarayev prospektində Rafiq Ələkbərov bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən 1984-cü il təvəllüdlü Məmmədov Elnur İltifat oğlu saxlanılıb.