272
09:08
23 Oktyabr 2019

Uşaqlarda çəpgözlük necə müalicə olunur? - VİDEO

“Uşaqlarda çəpgözlüyün bir sıra səbəbləri var. Amma çəpgözlük məsələsində əsas məqam uşağın görməsidir”.
Bunu e-tibb.az-a video açıqlamasında cərrah-oftalmoloq, Respublika Diaqnostika Mərkəzinin həkimi Qəmər Əliyeva deyib.
Oftalmoloq bildirib ki, əgər uşağın görməsində problem varsa, bu zaman cərrahiyyə əməliyyatlarından uzaq olmaq lazımdır. Çünki 7 yaşına qədər uşağın görməsini tam bərpa etmək mümkündür”.
Görmə hansı yollarla bərpa olunur? Çəpgözlüklə bağlı əməliyyat nə zaman aparılmalıdır?
Q. Əliyeva bu və başqa məqamlara aydınlıq gətirib.